İki “qanuni oğru” saxlanıldı – 180 min dollar ələ keçirildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti iki “qanuni oğru”nu saxlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar cinayətkar qrupun üzvləri kimi təqsirləndirilirlər. Onlara cinayətkar qrupun yaradılması ilə bağlı cinayət işi 2022-ci il aprelin 7-də açılıb.

Baş Prokurorluq, İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində “qanuni oğru” adlandırılan S.A.-ya qarşı kifayət qədər sübutlar toplanıb.

O, qrupun köməyi ilə ayrı-ayrı şəxslərdən, o cümlədən cəzaçəkmə müəssisələrindən özünün təşkil etdiyi “ümumi fond”a pul yığılmasını təşkil edib.

İyulun 6-da 7 nəfərə qarşı cinayət işi başlanıb, onlardan 3-ü cinayət iyerarxiyasında ən yüksək səviyyədədir.  Ümumilikdə 6 nəfər saxlanılıb, onlardan ikisi “qanuni oğru”dur. Saxlanılanlardan 180 min dollar aşkar edilərək götürülüb.