İtaliyanın Baş naziri Mario Draqi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Draqinin Türkiyəyə səfəri çərçivəsində bu gün Ərdoğanla birgə Türkiyə-İtaliya Üçüncü Hökumətlərarası zirvə toplantısına sədrlik edəcək.
Həmçinin strateji tərəfdaş və NATO müttəfiqi İtaliya ilə ikitərəfli münasibətlər, Türkiyə-Avropa Birliyi münasibətləri, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.