Ukrayna ordusu indiyə kimi 36 mindən çox rus işğalçısını məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən bəri düşmən itkiləri 36,2 min nəfərə çatıb, o cümlədən son sutka ərzində 230 işğalçı məhv edilib.
Ümumilikdə Rusiyanın itkiləri aşağıdakı kimidir:
şəxsi heyət – 36200 nəfər;
tanklar – 1589 (+5) ədəd;
zirehli döyüş maşınları – 3754 (+10) ədəd;
artilleriya sistemləri – 804 (+3) ədəd;
reaktiv yaylım atəşi sistemi – 246 ədəd;
hava hücumundan müdafiə sistemləri – 105 ədəd;
təyyarə – 217 ədəd;
helikopterlər – 187 ədəd;
PUA-lar – 658 (+4) ədəd;
qanadlı raketlər – 144 ədəd;
gəmilər/qayıqlar – 15 ədəd;
avtomobillər və sisternlər – 2629 (+11) ədəd;
xüsusi avadanlıq – 65 (+1) ədəd.