İrəvanda gərginlik – parlament növbədənkənar iclasda müxalifəti cəzalandıracaq

Müxalifətin “Müqavimət” hərəkatı iyulun 1-də səhər saatlarında parlament binasının girişində, Dəmirçyan küçəsində toplaşacaq.

Bu barədə hərəkatın üzvü Ovannes Arutyunyan Facebook-da bildirib.

“Biz səhər saat 10:30-da Dəmirçyan küçəsi tərəfdən parlamentin girişində toplaşırıq”,-  o yazıb.

Xatırladaq ki, hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası iyulun 1-də parlamentin növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət etmişdi.

Müxalifətdən olan İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən geri çağırılması, habelə Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi haqqında qərar layihələrinin gündəliyə salınması təklif edilib.