Rusiya: Zmeyni adasını buna görə tərk etdik

Rusiya hərbçiləri Zmeyni adasını tərk ediblər.

Bunu Ukrayna Ali radasının deputatı Aleksey Qonçarenko deyib.

“Ruslar Zmeynini tərk etdilər. Məlumatı dəqiqləşdirirəm”, – Qonçarenko bildirib.

Ukrayna Teleqram kanallarının yazdığına görə, ruslara məxsus kiçikhəcmli gəmilər adadan uzaqlaşıblar:

“Ada boşdur. Ruslar qalan texnikalarını məhv edərək, “Raptor” katerlərilə qərbə doğru yollanıblar”.

Məlumatı Ukraya Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığı da təsdiqləyib.

***

Rusiya Müdafiə Nazirliyi hərbi qüvvələrin Zmeyni adasını tərk etməsini təsdiqləyib.

Nazirlik bildirilib ki, Rusiya ordusu xoşməramlılıq əlaməti olaraq Zmeyni adasından qarnizonu geri çəkib.