AB-nin səfiri də Rusiya XİN-ə çağırılıb

Axar.az xəbər verir ki, bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyib.

“Burada, əlbəttə ki, diplomatiya yolu ilə həll edilə bilən bir vəziyyət var. Bildiyimə görə, sabah AB-nin Rusiyadakı səfiri Markus Ederer Smolenkada Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq şərtlər irəli sürüləcək”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Litvanın Moskvadakı müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılmış və ona xəbərdarlıq edilmişdi.