ABŞ Müdafiə Nazirliyi gələn ilin büdcəsinin icrası çərçivəsində Rusiyanın Ukrayna ilə bağlı strategiyasının qiymətləndirilməsini hazırlayacaq.
Bu barədə Nümayəndələr Palatasının müvafiq komitəsinin hazırladığı sənəddə bildirilib.
Sənədə əsasən, ABŞ-ın müdafiə naziri Lloyd Ostindən qanunun qüvvəyə minməsindən sonra 180 gündən gec olmayaraq Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyanın strateji, əməliyyat və təşkilati gücü və zəif tərəflərinin qiymətləndirilməsi tələb olunacaq.