Rusiyanın daha 200 əsgəri öldürülüb

Ötən sutka ərzində Ukrayna hərbçiləri daha 200 rus işğalçısını məhv edib. Bununla da fevralın 24-dən indiyədək Rusiya Federasiyasının məhv edilən hərbi qulluqçularının sayı 33 800-ə çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat yayılıb.

Rusiya ordusunun itkiləri aşağıdakı kimidir:

1 477 tank;

3588 zirehli döyüş maşını;

749 artilleriya sistemi;

238 çoxlu raket sistemi;

98 hava hücumundan müdafiə sistemi;

216 təyyarə;

181 helikopter;

601 dron əməliyyat-taktiki səviyyəsi;

130 qanadlı raket;

14 gəmi/qayıq;

2527 nəqliyyat vasitəsi və yük maşını;

55 ədəd xüsusi texnika;

Qeyd olunub ki, son sutka ərzində Rusiya ən böyük itkini Baxmut və Zaporojye istiqamətlərində verib.