Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 114-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki.
indiyə qədər düşmənin 205 təyyarəsi, 131 helikopteri, 1233 PUA-sı, 342 zenit-raket kompleksi, 3587 tank və digər zirehli texnikası, 539 reaktiv yaylım atəş sistemi, 2013 artilleriya və minaatanı, 3658 xüsusi hərbi avtomobil texnikası məhv edilib.