Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən şəxsi heyət, silah və texnika itkiləri verməkdə davam edir. Gün ərzində Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri Mi-35M helikopterini vurublar. Zaporojyedə uğurlar var. Xerson vilayətində düşmən xeyli canlı qüvvə itirib”, – məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna aviasiyası Xerson vilayətinin Xerson, Kaxovka və Berislav bölgələrində düşmən mövqelərinə zərbələr endirib:
“Yujnobuj istiqamətində düşmən Kulbakino, Nikolayevka, Stepnaya Dolina, Muraxovka, Novopavlovskoye, Şevçenkovo, Zarya, Partizanskoye, Aprelskoye, Novoqriqoriyevka, Kiselevka, Knyazevka, Lukorovka, Osoparov yaşayış məntəqələri ərazilərində top artilleriyasından və reaktiv yaylım atəş sistemlərindən istifadə edib”.