Qərb ləngiyir, mərmimiz bitib – Ukrayna

Donbasda artilleriya müharibəsi gedir və Ukrayna bu qarşıdurmada Rusiyaya uduzur.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Ukraynanın bir artuilleriyasına qarşı Rusiyanın 10-15 artilleriyası var. Gün ərzində 5-6 min mərmi istifadə edirik. Balansımızda olan bütün sursatlarımızı istifadə etmişik. Bizə təcili silah lazımdır. Təəssüf ki, Qərb bu məsələdə ləngiyir”, – Skibitski bildirib.