Ukrayna Silahlı Qüvvələri indiyə kimi 31700 rus əsgərini məhv edib. Bundan əlavə, Rusiya 1398 tank itirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-dən iyunun 9-na kimi Rusiyanın müharibə itkiləri aşağıdakı kimidir:
şəxsi heyət – 31700 (+200) nəfər;
tanklar – 1398 (+5) ədəd;
zirehli döyüş maşınları – 3438 (+9) ədəd;
artilleriya sistemləri – 711 (+8) ədəd;
reaktiv yaylım atəşi sistemi – 213 (+0) ədəd;
hava hücumundan müdafiə sistemləri – 96 (+0) ədəd;
təyyarə – 212 (+0) ədəd;
helikopterlər – 178 (+0) ədəd;
əməliyyat-taktiki səviyyəli PUA – 562 (+3);
qanadlı raketlər – 125 (+0);
gəmilər/qayıqlar – 13 (+0);
avtomobil – 2421 (+15) ədəd;
xüsusi avadanlıq – 53 (+0).