ABŞ-da hərbi təyyarə qəzaya uğradı – Ölənlər var

ABŞ dəniz piyadaları korpusunun MV-22B Osprey kovertoplanı Kaliforniyada qəzaya uğrayıb.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin El Setrodakı aviabazasından bildirilib.

“Sosial şəbəkələrdə yayılan şayiələrin əksinə olaraq, təyyarədə heç bir nüvə materialı olmayıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, qəza nəticəsində təyyarədə olan 5 ekipaj üzvündən 4-ü ölüb, birinin axtarışları davam edir.