Buna səbəb Vladimir Putindir – Bayden

Putinin Ukraynaya qarşı apardığı amansız müharibə ilə qlobal inflyasiya təzyiqləri daha da artdı.

Bunu ABŞ Prezidenti Co Bayden Amerika Dövlətlərinin Sammitinin rəsmi açılış mərasimində deyib.

O bildirib ki, ölkəsinə qaçqın axınının artmasına səbəb Rusiya Prezidenti Vladimir Putindir:

“Ailələrin ehtiyaclarını ödəməsi çətinləşdi. Bütün bu amillər Qərb yarımkürəsində qaçqın axınına səbəb olur”.