İranda qatar qəzası: ölənlər var

İranda Məşhəd-Yezd reysini həyata keçirən qatar qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib.

Sərnişin qatarının 7 vaqonundan 5-i relsdən çıxıb. Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qəzanın başvermə səbəbləri araşdırılır.