Odintsovo şəhər Məhkəməsi Moskva yaxınlığındakı Nemçinovkada həmyaşıdını öldürməkdə ittiham olunan 17 yaşlı yeniyetmənin həbsinə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, iyunun 3-ü axşam saatlarında Nemçinovkada 17 yaşlı qızın meyiti tərk edilmiş binada tapılıb. İstintaq hesab edir ki, təqsirləndirilən şəxs qətlə yetirilən qızla mübahisə edib, daha sonra onu çoxsaylı bıçaq zərbələri ilə öldürərək hadisə yerindən qaçıb.
Qeyd edək ki, bundan əvvəl yerli media qurbanın Moskva vilayətinin tikinti nazirinin müavini Marat Sibatulinin qızı olduğunu yazmışdı. Qətlin səbəbi kimi qısqanclıq göstərilir.