2,5 min erməni polisə aparıldı, 24-ü həbs edildi

25 apreldən bugünə qədər silsilə aksiyalar zamanı 2,5 min nəfər polisə aparılıb.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan deyib.

O bildirib ki, indiyə qədər 24 nəfər barəsində həbs qərarı çıxarılıb:

“Daha 50 nəfər isə aksiyalar başlayana qədər həbs edilib və onlar siyasi məhbuslardır”.

Saqatelyan 6 iyunda müxalifəti növbəti aksiyaya çağırıb.

Qeyd edək ki, ötən gün baş tutan aksiyada ciddi qarşıdurmalar olub. Rəsmi məlumata görə, qarşıdurmalarda onlarla adam yaralanıb. Yaralananlardan 45-i polisdir.