Leyen Ukrayna üçün Parisə getdi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Fransa Prezidenti Emmanuel Makronla Ukraynaya dəstəyi müzakirə etmək üçün Fransaya yollanıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Tvitter hesabında paylaşıb.

“Rusiyanın Ukraynaya əsassız müharibə başlatmasından 100 gün ötür. Bu müddət ərzində ukraynalıların müharibədə göstərdiyi cəsarət bizim hörmət və heyranlığımıza səbəb oldu. Aİ Ukraynanı dəstəkləyir. Bu gün Parisdə Emmanuel Makronla Aİ-nin ölkəyə indiki və gələcək dəstəyini müzakirə edəcəyik”, – Leyen bildirib.