İsrailin keçmiş baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi müxalifət universitetlərdə Fələstin bayrağının asılmasına etirazlardan sonra müvafiq qanun layihəsini parlamentə təqdim edib.
İsrail parlamenti universitetlər də daxil olmaqla, dövlət tərəfindən maliyyələşdirilən qurumlarda Fələstin bayraqlarının nümayişini qadağan edən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi 120 nəfərlik parlamentdə 63 səslə qəbul edilib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün daha 3 dəfə səsvermə keçiriləcək.