İsrail ordusu Beyt Lahim şəhərindəki əl-Dehişe qaçqın düşərgəsinə basqın zamanı bir fələstinlini öldürüb.
Axar.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi televiziya kanalı məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyi isə dünən gecə İsrail ordusunun Cenin şəhəri yaxınlığındakı Yabad kəndində həyata keçirdiyi əməliyyat zamanı daha bir fələstinlinin şəhid olduğunu, 3 nəfərin isə yaralandığını açıqlayıb.