İstanbulu talan ediləcək bir nemət kimi görənlər nəinki fəthin sirrini, hətta Cümhuriyyəti və bu gün nələr etdiyimizi də anlaya bilməzlər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tarix fəth etdiyimiz yerdə inam və sülh yaratmaq uğrunda mübarizəmizə şahidlik edir. Bu gün bayrağımızı dalğalandırdığımız hər yeri rifah yurduna çevirmək üçün mübarizə aparırıq. Ayasofyanı 84 ildən sonra ilkin kimliyinə qaytardıq və fəthin qəlbində açılan yaranı Allaha şükrə bağladıq. Ayasofya İstanbulun göbəyində yüksələn bayraq olaraq sivilizasiyamızda bir daha öz yerini tutdu”, – Ərdoğan bildirib.