Kalininqrad vilayətinin hərbisizləşdirilməsi zəruridir.
Bunu Polşa müdafiə nazirinin keçmiş müavini Romuald Şeremetyev deyib.
“Bu regionun silahsızlaşdırılması lazımdır, çünki NATO barıt çəlləyinin üstündə otura bilməz”, – o bildirib.
O qeyd edib ki, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasından sonra təşkilat şərq cinahda mövqelərini ciddi şəkildə gücləndirəcək, lakin Kalininqrad hərbi blokun bu regionda hökmranlığına ciddi maneə ola bilər.