Rusiya İzyum bölgəsində cəmləşmiş qüvvələri ilə yeni hücum əməliyyatlarına hazırlaşır.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Slobojanski istiqamətində ruslar Xarkov şəhərinin şimalında müdafiə qüvvələrinin hücumunu dəf etməyə və onların Ukraynanın dövlət sərhədinə çatmasının qarşısını almağa çalışır. Onlar İzyum rayonunun ərazisində cəmləşmiş bölmələrin qüvvələri ilə hücum əməliyyatları hazırlayır”, – məlumatda deyilib.
Məlumata görə, rus hərbçiləri Dovgenke, Rus Tişki, Ternovaya və Petrovka (Xarkov vilayəti) yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu artilleriyadan atəşə tutublar:
“Yujnobuqski istiqamətində ruslar fəal döyüş əməliyyatları aparmayıb, onlar top artilleriyasından və minaatanlardan istifadə etməklə bölmələrimizi atəşə tutub. Müdafiə qüvvələri Çernobayevka qəsəbəsi ərazisində düşmənin mövqelərinə zərbələr endirib, canlı qüvvə və texnika itkisi olub. Sayı dəqiqləşdirilir”.