Dövlətə xəyanətdə şübhəli bilinən ukraynalı bloger İspaniyada saxlanılıb

Ukraynada dövlətə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Şariy İspaniyada saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin “Facebook” səhifəsində məlumat verilib.

“Anatoli Şariy 2022-ci il mayın 4-də İspaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”, – məlumatda deyilir.

Bloger Ukrayna Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) və 161-ci maddələri ilə (irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sağlamlığından və digər əsaslardan asılı olaraq vətəndaşların bərabər hüquqlarının pozulması) ittiham olunur.