ABŞ bu ölkəyə Rusiyaya qarşı “zəmanət” verdi

İsveç NATO-ya üzvlük müraciətinə baxılacağı müddət ərzində ABŞ-ın onu dəstəkləyəcəyinə dair təminat alıb.

Axar.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.

“İndi bizim Amerikadan aldığımız zəmanətlər var. Lakin bunlar yalnız NATO-nun tamhüquqlu üzvü olduğumuz halda əldə edə biləcəyimiz xüsusi təhlükəsizlik zəmanətləri deyil. Bunu deyə bilərəm ki, Rusiya İsveçə qarşı təhlükəli bir addım atarsa, o zaman ABŞ buna cavabsız qalmayacaq”, – o əlavə edib.