İran akademiki edam edəcək

İranda İsrail adından casusluq etməkdə və iranlı nüvə alimlərinin öldürülməsində iştirakı olduğu bildirilən akademik Əhməd Rza Cəlalinin cəzası mayın 21-dək icra ediləcək.

Axar.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, İsveçin Stokholm şəhərindəki Karolinska İnstitutunun müəllimi və tibb həkimi olan Cəlali 2016-cı ilin aprelində İranda həbs edilib.

O, həm İran, həm də İsveç vətəndaşıdır.