Rusiya Mariupolda parad keçirəcək

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko Qələbə günündə paradın təşkil olunması üçün Mariupola gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.

“Putinin məmurunun əsas tapşırığı mayın 9-da təntənəli parad təşkil etməkdir”, – məlumatda qeyd olunub.