Ukrayna yeni S-300 kompleksləri aldı

“Cənub” Hava Komandanlığının qoşunları tərəfdaş ölkələrdən S-300 zenit raket kompleksləri alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

“Kompleks 5 km-dən 150 km-ə qədər olan məsafələrdə təyyarələri, qanadlı və ballistik raketləri vura bildiyi üçün cənub bölgəsində hava hücumundan müdafiəni xeyli gücləndirib”, – məlumatda qeyd olunub.