Bakı metrosunda OLAY – 2 qız qatar yolu ilə tunelə qaçıb

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb:

“Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub”.

Qurum rəsmisi deyib ki, xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.