Rusiya qazının pulunu rublla ödəməyə Vyananın razı olması ilə bağlı yayılan xəbərlər saxta rus təbliğatıdır.
Bunu Avstriya kansleri Karl Nehammer Tvitter səhifəsində yazıb.
“Rusiya təbliğatının saxta xəbərləri burada da yayılır. Təbii ki, OMV Rusiyadan qaz tədarükünü avro ilə ödəməyə davam edəcək. Avstriya AB-nin birgə razılaşdırılmış sanksiyalarına nöqtə və vergülünə qədər sadiq qalır”, – Nehammer bildirib.
Qeyd edək ki, bu gün “RİA Novosti” agentliyi Avstriyanın Rusiyanın yeni qaz ödənişi üzrə şərtlərini qəbul etməsilə bağlı xəbər tirajlamışdı.