Ukrayna rus ordusunu Donbasda məhv edə bilər

Ukraynalıların Donbasda rus qoşunlarını məğlub etmək üçün hər cür şansı var.

Bunu Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi deyib.

Hippi bildirib ki, Donbas ruslar üçün çətin sınan qoz olacaq:

“Ukraynalıların onları məğlub edə bilməsi üçün hər cür şans var. Ukrayna Donbasda artıq qurulmuş müdafiə mövqelərinə malikdir”.