Hazırda Ukrayna müharibəsi ilə bağlı heç bir danışıq aparılmır

ABŞ Ukraynadakı münaqişənin həllinə kömək etməyə davam etmək niyyətindədir.

Zafertv.az “Musavat.com”a istinadən xəbər verir ki, bunu Hindistanda səfərdə olan ABŞ dövlət katibi Marki Rubio deyib:

“Amerika Birləşmiş Ştatları bu müharibəyə son qoymaq üçün əlindən gələni etməyə hazırdır və ümid edirik ki, belə bir fürsət nə vaxtsa ortaya çıxacaq”.

Reuters-in məlumatına görə, Hindistanda səfərdə olan Rubio bildirib ki, Ukraynada nizamlanma ilə bağlı məsləhətləşmələr hazırda aparılmır və planlaşdırılmır.