Səudiyyə Ərəbistanından İranla bağlı gözlənilməz qərar

Yaxın Şərqdə mövcud müharibənin başa çatmasından sonra Səudiyyə Ərəbistanı İranın da daxil olduğu regional hücum etməmə paktını müzakirə edir.
Zafertv.az “KONKRET.az”a istimadən məlumat verir ki, Ər-Riyad 1975-ci il Helsinkisazişlərini mümkün model kimi nəzərdən keçirir. Məqsəd regionda təhlükəsizlik əməkdaşlığını gücləndirmək, gərginliyi azaltmaq və gələcək münaqişələrin qarşısını almaqdır.Məlumata əsasən, Avropa hökumətləri və Avropa İttifaqı institutları da bu təşəbbüsü dəstəkləyir və Fars körfəzi ölkələrini layihəyə qoşulmağa çağırır.

Diplomatların sözlərinə görə, təşəbbüs Tehrana gələcək hücumlara qarşı müəyyən təminatlar verə, eyni zamanda region dövlətlərini təhlükəsizlik məsələlərini öz aralarında idarə etməyə təşviq edə bilər.