Zohran Mandanidən qondarma “erməni soyqrımı” ilə bağlı rəsmi paylaşım

Zohran Mandani qondarma “erməni soyqrımı” ilə bağlı rəsmi paylaşım edib. Zafertv.az bu barədə Mandaninin rəsmi “X” hesabına istinadən məlumat verir.

“Bu gün Erməni Soyqırımının 111-ci ildönümünü anırıq. Müasir Türkiyə, Suriya və Ermənistanda Osmanlı İmperiyası tərəfindən qətlə yetirilmiş 1,5 milyon ermənini yad edərkən, tarixin təkrar olunmasına imkan verməməyi qətiyyətlə bəyan etməliyik.

2020-ci ildə Azərbaycan və Türkiyənin hərbi qüvvələri Dağlıq Qarabağdakı erməni əhaliyə hücum etdi. 2023-cü ildə isə Azərbaycan Dağlıq Qarabağdan 100 mindən çox ermənini çıxararaq, 100 ildən artıq əvvəl başlanan soyqırımı kampaniyasını davam etdirdi.

Bu anım günündə erməni xalqının — və bütün xalqların — azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmək hüququna sadiqliyimizi bir daha təsdiq edirik”.