Küveytdə gün ərzində ikinci neft emalı zavodu dron hücumuna məruz qalıb

Gün ərzində Küveytdə ikinci neft emalı zavoduna (NEZ) pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

“Zafertv.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Küveyt KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, Mina Əl-Abdullah neft emalı zavoduna dronla hücum nəticəsində obyektdə yanğın baş verib.

Məlumata görə, Mina Əl-Əhmədi və Mina Əl-Abdullah NEZ-lərindəki hər iki yanğın artıq söndürülüb. Bununla belə, KİV-lər hücumun haradan həyata keçirildiyini dəqiqləşdirmir.

Küveytdəki Əl-Əhmədi limanında ölkənin Neft Korporasiyasına məxsus neft emalı zavodunda pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra yanğın baş verib.

”Zafertv.az” “Report”a istinadən xəbər verir ki, Küveyt agentliyi KUNA korporasiyanın bəyanatını yayıb.

“PUA hücumu Mina əl-Əhmədi neft emalı zavodunda kiçik yanğın səbəb olub, lakin heç kim xəsarət almayıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, yanğın lokallaşdırılıb.

Mina əl-Əhmədi neft emalı zavodu Yaxın Şərqdəki ən böyük zavodlardan biridir, onun istehsal gücü gündəlik 730 min bareldir.