İsrail ordusu planlaşdırılan hava hücumundan əvvəl Təbriz sakinlərinə təcili xəbərdarlıq edib.
“Zafertv.az” “Modern.az”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri sosial mediada açıqlama yayıb.
X-dəki paylaşımda deyilir: “Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri Tehranda etdiyi kimi, İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün bölgədə əməliyyatlar keçirəcək. Təhlükəsizliyiniz və rifahınız üçün xəritədə göstərilən ərazini dərhal tərk etməyinizi xahiş edirik”.