İranın Yaxın Şərqdəki legitim hədəfləri

İran Yaxın Şərq ölkələrindəki bankları və maliyyə qurumlarını öz legitim hədəfləri elan edib.

“Zafertv.az” “Report”a istinadən xəbər verir ki, bu bəyanatla İranın Birləşmiş Hərbi Komandanlığı çıxış edib.

Məlumata görə, qərar İsrail-ABŞ hava zərbələri nəticəsində Tehranda bank əməkdaşı ilə bağlı insidentinin fonunda qəbul edilib. Zərbələr ABŞ və İsraillə əlaqəli maliyyə qurumlarına və banklara endiriləcək.

“Bu qeyri-qanuni və qeyri-ənənəvi müharibə aktı ilə düşmən bizə zərbələr endirmək üçün yaşıl işıq yandırıb”, – bəyanatda deyilir.

Hərbçilər öz bəyanatlarında həmçinin mülki əhalini bu cür qurumların bir kilometr radiusunda olmamağa çağırıblar.