İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu

İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.

“Zafertv.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

Bildirilib ki, onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.

Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar.