Yekaterinburqda Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski, oğlu Mütvalı Şıxlinski və Səfərov qardaşları ilə bağlı məhkəmə prosesi baş tutub.
Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, onlara qarşı bir sıra ağır cinayətlər, o cümlədən qətl, qətlə cəhd, qətldə iştirak və dövlət məmuruna qarşı zorakılıq ittihamları irəli sürülüb.
Bütün təqsirləndirilən şəxslər günahsız olduqlarını bildiriblər. İlkin dinləmə qapalı keçirilib.
Vəkillər Şıxlinski və digər təqsirləndirilən şəxslərin işinə münsiflər heyəti tərəfindən baxılmasını istəyiblər.
Növbəti məhkəmə iclası yanvar ayında keçiriləcək.