Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb

Nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Zafertv.az bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabındaki paylaşımına istinadən məlumat verir.

25 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
 
Səfər çərçivəsində, 26 may tarixlərində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.