Urbanizasiya əhalinin sıxlığı, nəqliyyat, ekoloji, sosial, infrastruktur problemlərini ortaya çıxarır.
Zafertv.az “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdirs İsayev Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada baş verən proseslər, qlobal çağırışlar, urbanizasiya prosesinin sürətlə getməsi, insanların daha çox şəhərə axını ayrı-ayrı şəhərlərin inkişafını təmin etsə də, bir sıra problemlər yaradıb:
“İnsanlar bu problemlərlə hər gün qarşılaşır. Urbanizasiya əhalinin sıxlığı, nəqliyyat, ekoloji, sosial, infrastruktur problemlərini ortaya çıxarır. Təbii ki, belə şəraitdə şəhərlərimizin davamlı inkişafı yalnız şəhərsalma məsələsi deyil, eyni zamanda, sosial, iqtisadi, ekoloji, humanitar məsələdir. Bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin əsas hədəfi şəhərlərin dayanıqlı inkişafını təmin etməkdir. Bu zaman iqtisadi inkişaf təmin edilməklə yanaşı, əhalinin rifahı yaxşılaşdırılmalı, ekoloji tarazlıq qorunmalı, resusların səmərəli istifadəsi təmin edilməlidir”.
İ.isayev bildirib ki, bütün proseslərin başında insan amili durur:
“Burada əsas meyar insanlar üçün rahat, təhlükəsiz, inklüviz və keyfiyyətli yaşam mühitinin yaradılmasıdır”.