İsrail ordusu sutka ərzində Livanda “Hizbullah”a aid 200 hədəfə hücum edib

İsrail Müdafiə Qüvvələri (İMQ) ötən sutka ərzində Livanda “Hizbullah” qruplaşmasının 200-dən çox hədəfinə hücum edib.

Zafertv.az “Report”a istinadən xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

“İsrail ordusu Livandan İsrail ərazisinin atəşə tutulmasının qarşısını almaq məqsədilə buraxılış qurğularına zərbələr endirməyə davam edir”, – bəyanatda qeyd olunub.