Misirin xarici işlər naziri Bədr Abdelatti İraq və Pakistanın xarici işlər nazirləri – Fuad Hüseyn və Məhəmməd İshaq Dar, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff, eləcə də BMT-nin Baş katibinin Yaxın Şərq üzrə şəxsi elçisi Jan Arno ilə danışıqlar aparıb.
Zafertv.az “Report”a istinadən xəbər verir ki, bu barədə Misirin xarici siyasət idarəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu gün baş tutan təmaslar zamanı regiondakı hadisələr, eləcə də gərginliyin azaldılmasını təmin etmək üçün ABŞ və İran arasında razılaşmaların əldə olunmasına yönəlmiş səylər qiymətləndirilib.
Tərəflər, həmçinin münaqişənin gəmiçilik, təchizat zəncirləri, ərzaq təhlükəsizliyi və beynəlxalq ticarət, eləcə də enerji təhlükəsizliyinə vurduğu zərərin ağır nəticələrini müzakirə ediblər.