ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib.
”Zafertv.az” “Report” a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Natanzdakı İran obyektinə endirilən zərbə nəticəsində radioaktiv materialların sızması qeydə alınmayıb”, – məlumatda bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.