Trump və Putin İran məsələsini müzakirə edib

Rusiyanın dövlət başçısı Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, təxminən bir saat davam edən danışıq işgüzar, açıq və konstruktiv atmosferdə keçib. Liderlər əsasən İran ətrafındakı qarşıdurma və Rusiya–ABŞ–Ukrayna formatında üçtərəfli danışıqlar məsələsini müzakirə ediblər.

Bildirilib ki, dövlət başçıları arasında bundan əvvəlki telefon danışığı 2025-ci ilin dekabr ayında baş tutmuşdu.