Araqçidən CENTCOM-a istehzalı mesaj: “Təşəkkür edirəm”

İran xarici işlər naziri Abbas Araqçi ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) təşəkkür edib.

Zafertv.az “Musavat.com”a istinadən xəbər verir ki, nazir CENTCOM-un İranla münaqişədə olan Yaxın Şərq ölkələrində HIMARS çoxsaylı buraxılışlı raket sistemlərinin (MLRS) yerləşdirilməsi və istifadəsinə dair açıqlamasını şərh edərək yazıb: “Təşəkkür edirəm, CENTCOM”.

Daha sonra Araqçi bildirib ki, bundan sonra İran bu sistemləri raketləri ilə məhv etdikdə “heç kim şikayət etməməlidir”.