Daxili İşlər Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi – VİDEO

Daxili İşlər Nazirliyinin rəhbərliyi 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ulu Öndərin məzarını ziyarət ediblər.

Zafertv.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndərin məzarının önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.