Abovyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR

“Ermənistanın Türkiyə-Azərbaycan tandeminə təslim edilməsi prosesi son mərhələyə qədəm qoyur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən məmnun qalıb”.

Zafer Tv erməni mediasına istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Arman Abovyan öz teleqram kanalında yazıb.

“Göründüyü kimi, Ermənistanın hazırkı hakimiyyəti öz hakimiyyətini saxlamaq, təminat əldə etmək üçün bütün mümkün güzəştlərə (hətta ölkəni parçalamaq bahasına da olsa) hazırdır. Onlar bu zəmanətləri aldılar. Belə görünür ki, Paşinyan Rusiya ilə bütün körpüləri yandırıb. Avro-amerikalıların ermənilərə qəfil sevgisi məhz bu səbəbdəndir. Son addım kimi ruslar və iranlılarla münasibətlərin kəsilməsində dönüş nöqtəsi sayılan Roma Statutunun ratifikasiyası şəklində Vaşinqton/Brüsselə vassal andı içmək qalır”, – deyə erməni şərhçi qeyd edib.