Ukrayna Kim Çen İni qara siyahıya saldı

Şimali Koreya lideri Kim Çen İn Ukraynanın “Mirotvorets” (myrotvorets.center) bazasına daxil edilib.

Zafer Tv xəbər verir ki, bu barədə saytdan məlumat verilib.

Şimali Koreya lideri nüvə şantajı, qeyri-qanuni raket və nüvə proqramlarının həyata keçirilməsi, kibercinayətlərdə ittiham olunur.

Kim Çen İn haqqında materiallar sayta sentyabrın 6-da daxil edilib.