Krımda partlayışlar: Ukrayna 11 PUA ilə hücum etdi

Gecə saatlarında Krımda partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri Sevastopol üzərində iki PUA-nı məhv edib. Daha 9 PUA-nın isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyi bildirilib.

Dağıntı və tələfat yoxdur.